75 yaşlı məşhur gitaraçı Karlos Santana ABŞ-da çıxışı zamanı yıxılıb.
Yenisabaha.az TMZ-yə istinadla xəbər verir ki, Meksika əsilli ifaçı səhnədə xəstələndiyi üçün tamaşanı yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Daha sonra meneceri Maykl Vrionis bildirib ki, Santana bədənin hərarət və susuzluq səbəbindən özünü pis hiss edib.
Karlos Santananın mətbuat katibinin sözlərinə görə, musiqiçi istilik və susuzluqdan huşunu itirib. Dominos pizza
Gitaraçı yerli klinikaya aparılıb. Nümayəndənin sözlərinə görə, hazırda özünü yaxşı hiss edir.
Telegram kanalımız