Məşhur müğənni Telman İsmayılovun yarım milyon dollarını oğurlayıb   - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Məşhur müğənni Telman İsmayılovun yarım milyon dollarını oğurlayıb - TƏFƏRRÜAT

Dünya

16 Noyabr 2021 18:43 1364


Məşhur müğənni Avraam Russo Telman İsmayılovun pulunu oğurlayıb.

Yenisabah.az xəbər verir ki, Rusiyalı prodüser İosif Priqojin bu barədə aif.ru-ya açıqlamasında bildirib.

Xatırladaq ki, Avraam Russo azərbaycanlı milyonçu Telman İsmayılovu onun həyatına sui-qəsd təşkil etməkdə ittiham edirdi. Bu barədə Telman İsmayılova qarşı cinayət işi də açılmışdı. Sezar pizza

Priqojin açıqlamasında maraqlı etiraf edib. O bildirib ki, İsmayılovun kabinetindəki seyfin 2 açarı var idi. “Onlardan biri Telmanda, digəri isə Avraam Russoda idi. Bir dəfə mənim yanımda Telman İsmayılov seyfi açdı və gördü ki, 500 min dollar çatışmır. Həmin pulları Avraam götürüb, dərhal Kiprə qaçmışdı. Qoy, Russo desin görüm, həmin vaxt o pulları neyləmişdi ?” – deyə, prodüser qeyd edib./Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!