Məşhur “eurosport.ru” saytı Azərbaycanın dünən Uelslə qarşılaşmasından hazırladığı xəbərdə Pavel Paşayevin avtoqolunu gülüş hədəfinə çevirib.
“Yeni Sabah” xəbər verir ki, sayt matçdan video paylaşaraq üzərinə bu sözləri yazıb:
“Oyunda ilk qolu Azərbaycan tərəfi vurdu. Beyl topu vurduqdan sonra top Paşayevə tərəf yönəldi, ancaq o tərəddüd etdi və “Real” oyunçusunun zərbəsinin başına doğru gəldiyini görmədi. Azərbaycan elə qol vurdu ki, hətta siz yemək yeyərkən belə gülməkdən boğula bilərdiniz”. Toyuqlu pizza
Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində Uelslə səfərdə qarşılaşan millimiz 2:1 hesabı ilə məğlub olub.

Telegram kanalımız