Məşhurların yeni qazanc mənbəyi - “TikTok“:  “Mən ailəmi sənətimlə dolandırıram”

saytların hazırlanması

Evə çatdırılma

Məşhurların yeni qazanc mənbəyi - “TikTok“: “Mən ailəmi sənətimlə dolandırıram”

Şou

21 İyun 2022 16:08 1882


Bir neçə müddətdir "TikTok" video paylaşım platformasına Azərbaycan şou-mədəniyyət üzvləri axın edirlər.

Onlar sözügedən sosial şəbəkədə hesab açaraq, əvvəlcə min izləyici toplamağa çalışır, daha sonra canlı yayım açır, dostları ilə onlayn körpü quraraq revanşa qoşulur, kupon uğrunda yarışırlar. 

Xalq artisti Bilal Əliyev də bu axına qoşularaq bir müddət əvvəl “TikTok” hesabı açıb. Dominos pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Bilal Əliyev bütün sosial şəbəkələrdə, həmçinin “TikTok”da da hesabının olduğunu, hesabını özünün idarə etdiyini bildirib:

“TikTok”da adımla açılmış iki səhifə var, birini özüm işlədirəm, digərini isə Aygün adlı bir xanım işlədir. Fikrimcə, insanlar hər bir şəbəkədən istifadə edə bilər, amma düzgün şəkildə. Bu şəbəkələrin insanlara çox xeyri var, onlar öz səslərini istədikləri vaxta digər insanlara çatdıra bilirlər. Ona görə mən də sosial şəbəkələrdən istifadə edirəm. Baxmayaraq ki, bu gün gənclər daha çox istifadə edir, amma mən sənət adamı, Xalq artisti olduğuma və xalqın arasında olmağı özümə müqəddəs borc bildiyimə görə  məcburam ki, bütün şəbəkələrdə olum. Mən bütün sosial şəbəkələrdə - “İnstagram”, “Facebook”, “Twitter”, “Whatsapp”da varam”.

Bəzi həmkarlarının sözügedən platformadan gəlir əldə etməsini normal qarşılayan sənətçi özünün “TikTok”dan pul qazanmadığını bildirib:

“Bəzi məşhurların bu platformadan pul qazandığı doğrudur. Mən öz sənətimlə normal pul qazana, ailəmçi dolandıra bilirəm, o mənə yetər. Kimsə o yolla pul qazana bilirsə, nə xoş. Ataların bir sözü var: Bacarana can qurban. Srağagün axşam Aygün adlı xanımın işlətdiyi digər səhifəmlə canlı yayım açdıq, heç 10 dəqiqə olmadı ki, bizi 100 mindən çox adam izləməyə başladı”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!