Messi 6-cı dəfə “Qızıl top”u qazandı

saytların hazırlanması

Evə çatdırılma

Messi 6-cı dəfə “Qızıl top”u qazandı

İdman

23 Sentyabr 2019 22:19 2005


FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, mükafatın sahibi İtaliyanın Milan şəhərində təşkil olunan tədbirdə elan olunub.

Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi Lionel Messi (Argentina, “Barselona”) olub. O, Vircil van Deyk (Hollandiya, “Liverpul”) və Kriştiano Ronaldonu (Portuqaliya, “Yuventus”) qabaqlayıb. Sezar pizza

Kriştiano Ronaldo tədbirə qatılmayıb.

Qeyd edək ki, bu mükafatı 6-cı dəfə qazanan L.Messi bunadək 5 dəfə (2009, 2010, 2011, 2012, 2015) qalib olmuşdu. K.Ronaldo isə 5 dəfə (2008, 2013, 2014, 2016, 2017) ən yaxşı seçilib. Son qalib isə ötən il bu mükafata yiyələnən xorvatiyalı Luka Modriç olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!