Messi Bekhemin klubuna keçə bilər

saytların hazırlanması

Evə çatdırılma

Messi Bekhemin klubuna keçə bilər

İdman

18 İyul 2022 23:10 769


Məşhu sabiq futbolçu Devid Bekhemin sahib olduğu "İnter Mayami" PSJ-nin oyunçusu Lionel Messini transfer etmək istəyir. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin kommersiya direktoru Xavyer Asensi "Mundo Deportivo"ya açıqlamasında danışıb. O deyib:

"Messi heç kimlə müqayisə oluna bilməz. O, tam ayrıdır. Biz ABŞ-da hər kəs üçün istinad nöqtəsi olmaq istəyirik. Bu, yaxşı oyunçuları almaq və şoular göstərmək deməkdir. Bunun üçün bizə ən yaxşılar lazımdır. Onlarla müqavilə imzalamaq klubun məqsədidir. Lionel Messi də bizim planlarımızda var, başqaları da. Hər şey Messidən və onun istəklərindən asılıdır. Biz ən yaxşılara imza atmaq istəyirik və Messi tarixin ən yaxşısıdır".  Sezar pizza

Qeyd edək ki, Messi ötən ilin yayında "Barselona"dan ayrıldıqdan sonra PSJ ilə 2+1 illik müqavilə imzalayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!