Messi: Bəli, mundial barədə düşünürəm

saytların hazırlanması

Evə çatdırılma

Messi: Bəli, mundial barədə düşünürəm

İdman

18 Aprel 2025 12:22 395


Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi gələcəyi ilə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, 37 yaşlı forvard DÇ-2026-da iştirak etmək istədiyini gizlətməyib: 

"Diqqətimi indiki zamana yönəldirəm. Amma dünya çempionatı haqqında düşünmədiyimi desəm, yalançı olaram. Bəli, mundial barədə düşünürəm. Bu il gələcəyimlə bağlı qərarlar qəbul etmək baxımından əsas olacaq. Mən düzgün tempi tutmaq, ardıcıllıq tapmaq istəyirəm". Pepperoni pizza

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matça çıxıb, 42 qol vurub və 21 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir.

Lionel 2022-ci ildə Argentina millisi ilə DÇ-2022-nin qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!