“Messinin ilin futbolçusu seçilməsi gülüncdür“   - Ekspertdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Messinin ilin futbolçusu seçilməsi gülüncdür“ - Ekspertdən etiraz

İdman

24 Sentyabr 2019 18:42 979


“Arsenal”ın sabiq futbolçusu, ingiltərəli futbol şərhçisi Pol Merson “Barselona”nın hücumçusu Lionel Messinin dünən FİFA The Best versiyası üzrə ilin futbolçusu adını almasını etirazını bildirib.

"Yeni Sabah" xarici KİV-nə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun bu dəfə həmin mükafata layiq olmadığını söyləyib:

“Bu, cəfəngiyyatdır. O, hər il etdiyini edir. Messi yeni səviyyəyə çıxmayıb. “Barselona”nın ötən mövsüm Çempionlar Liqasını qazanmasına kömək edə bilməyib. Bu mükafat xüsusi oyuna, uğurlara görə verilir. Van Deyk bunu etdi. “Liverpul”un Çempionlar Liqasını qazanmasında onun xidməti oldu.  Səsvermənin yekunu gülüncdür. Bu, sirkdir”. pizza mizza

Pol Merson niyə Messinin qalib olması ilə bağlı ehtimalını da irəli sürüb: “Bu mükafat 2016-cı ildən verilir. Onu dalbadal iki dəfə Ronaldo qazanıb. Ötən il isə Modriç. Ona görə də bu dəfə mükafatı Messiyə verdilər. Bəs van Deyk daha nə etməli idi ki, birinci olsun? O, Niderlandı Millətlər Liqasının finalına çıxardı. “Liverpul”dakı uğuru haqda da artıq danışdım”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!