Lionel Messinin oğlu Mateo “Barselona” - “Betis” matçında maraqlı hərəkət ilə yadda qalıb. “Yeni Sabah” xəbər verir ki, meydan sahiblərin 5:2 hesablı qələbəsi ilə bitən matçda Mateo qonaqların vurduğu qola sevinib. Bu hərəkət həm Messinin, həm də yanında oturan komanda yoldaşı Luis Suaresin təəccübünə səbəb olub.
Qeyd edək ki, Messi və Suares bu oyunu tribunadan izləyiblər.
Telegram kanalımız