“Meta” 265 milyon avro cərimələndi

“Meta” 265 milyon avro cərimələndi

Rəqəmsal

29 Noyabr 2022 02:15 2628


İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası “Meta" şirkətini 265 milyon avro cərimələyib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb feysbuk sosial şəbəkəsinin yarım milyarddan çox istifadəçisinin məlumat sızmasının qarşısının alınması üçün kifayət qədər səy göstərməməsi olub.

Bu, Ümumi Məlumatların Qorunması Qaydasının bütün dövrü üçün üçüncü ən böyük cəzadır.

Qeyd edək ki, 2021-ci ilin iyulunda "Amazon" şirkəti rekord məbləğdə - 746 milyon avro cərimələnmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!