"O videoda nə var?! Yaxşı edib oxumuşam, mənim işim oxumaqdır. Ev yıxmıram, cadu etmirəm".
Bu sözlər baxıcı Molla Məmmədsəfa ilə görüntüləri yayılan Mətanət Əsədovaya məxsusdur.
"Yeni Sabah" bildirir ki, müğənni "Baku.ws"ə açıqlamasında, sözügedən videonun yayılmasından qətiyyən narahat olmadığını bildirib: Dördpendirli pizza
"Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyirini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!"
Qeyd edək ki, Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib. Görüntülərdə Məmmədsəfanı döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanı isə onun ayaqları altında bardaş qurduğunu görürük:
Telegram kanalımız