“Çox şükür, barışıqdan sonra hər şey öz yolundadır. Uşaqları görə bilirəm...”
Bu sözləri Yenisabah.az-a Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana deyib.
Qayınanansı ilə barışan Canana artıq məhkəmələrə ehtiyac olmadığını, övladlarını rahat şəkildə görə bildiyini açıqlayıb: Dominos pizza
“Uşaqlar daimi Mətanət xanımgildə qalırlar, amma sabah 3 günlük onları özümlə götürüb Bakının otellərindən birində istirahətə gedəcəm. Ayın 19-u böyük oğlumun ad günüdür, elə orada onu qeyd edəcəm. Mətanət xanımı da dəvət etmişəm. Dedi ki, yaxşı, gələcəyəm. Şükür ki, hər şey düzəlib. İnsan bir şeyə görə nə qədər mülayim olsa, hikkəli olmasa, qabağa gedər. Tərslik etmək lazım deyil. Ona görə mən də düşündüm ki, addım atmaq lazımdır. İstəyir sənə milyon verilsin, yenə uşağına görə hər şey etməlisən. Bir məsəl var, uşağa görə düşmən qapısına da gedərsən. Həm də Mətanət xanımın qəlbi elə deyil. Bilirəm ki, o insan elə deyil, çox yaxşı inşandı. Sadəcə ətrafında olanlar onu qızışdırır. Bizim insanları bilirsiniz, aravuranlar dəhşət çoxdur. Mətanət xanım mənə deyəndə ki, “filankəs belə deyirdi” mən şoka düşürdüm ki, necə haqqımda bu sözləri deyib, gəlib mənimlə üzləşsin. Deyirlər kiminsə sözü ilə oturub-duran peşman olur, həqiqətən belədir".
O, sosial şəbəkədə bu barışığa görə ona neqativ şərh yazanlara da cavab verib:
“Bu gün uğurlarım haqqında sosial şəbəkədə paylaşım edirəm, elə şərhlər yazırlar ki, dəhşətə gəlirəm. Olmayan şeyləri yazırlar, deyiləsi dərd deyil. İnsanların qəlbi çox qaradır, hər şeyi pis düşünürlər. İndi mən Mətanət xanımla barışmışam, hamı yazır ki, “Sən ikiüzlüsən”, “Səndən zəhləm getdi”. Şərhləri oxuduqca dəhşətə gəlirəm, istəyirlər ki, ancaq qalmaqal olsun. Onlar paxıl insanlardır”.
Canana keçmiş həyat yoldaşının artıq başqa bir ailəsi olduğunu deyib və ona xoşbəxtlik arzulayıb:
“Yoldaşım da evləndi. Allah xoşbəxt etsin. Mən həmişə ona bunu arzulayırdım. Çünki biz bir-birimizi fikirlər barəsində tamamlamırdıq. Mənə əsas olan övladlarımın xoşbəxtliyidir. Uşaqlarım xoşbəxtdir, nənələri onlara qarşı çox yaxşıdır. Mətanət xanım özü də deyir ki, mən həyatda heç nə istəmirəm, onlar üçün yaşayıram. Onları yerbəyer edib rahat olmaq istəyirəm”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız