Mətbuat xidmətinin rəhbəri niyə işdən çıxarıldı?

saytların hazırlanması

Evə çatdırılma

Mətbuat xidmətinin rəhbəri niyə işdən çıxarıldı?

Sosial

12 Aprel 2019 16:40 1774


Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Mətin Adil oğlu Hüseynov öz istəyi ilə vəzifədən azad edilib.

Bunu  Səbail rayon İcra Hakimiyyətindən bildiriblər. İcradan verilən məlumata görə, İH-in mətbuat katibi M.Hüseynovun vəzifəsindən ayrılmasına səbəb sağlamlıq problemidir: “Mətin Hüseynovu heç kəs vəzifəsindən azad etməyib. O öz istəyi ilə ərizə yazaraq istefa verib. Səbəb isə səhhətindəki problemdir”.

İH-dən bildirilib ki, M.Hüseynovun vəzifədən uzaqlaşdırılmasının 162 nömrəli məktəbdə baş verən olayda adı hallanan icra başçısının müavini Xalidə Bayramova ilə heç bir əlaqəsi yoxdur: pizza

“Mətin Hüseynovun bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Xalidə xanım Bayramova ilə bağlı isə heç bir məlumata sahib deyilik”.

Qeyd edək ki, Səbail rayon icra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Mətin Adil oğlu Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə Anar Eldar oğlu Hüseynovun təyin edilib.

Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!