Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı metrosunun bağlanma səbəbindən danışıb.
Yenisabah.az xəbər verir ki, Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə bu barədə suala cavab verən H.Hacıyev bildirib ki, tunel şəraitində fəaliyyət göstərən metroda virusun yayılması daha sürətli ola bilər.
Prezidentin köməkçisinin sözlərinə görə, bu, digər ölkələrin praktikası əsasında da qiymətləndirilib: Toyuqlu pizza
“Tunellərdə, qatarlarda havalandırma sistemi bu virusun yayılması üçün münbit şərait hesab olunur. Məhz bu riski gözə almamaq üçün metronun fəaliyyəti dayandırılıb. Bunun əvəzində ekspress avtobusların fəaliyyətinə üstünlük verilir”.
Telegram kanalımız