Metroda gedişhaqqı dəyişəcək? – RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Metroda gedişhaqqı dəyişəcək? – RƏSMİ

Sosial

12 Yanvar 2026 15:01 1552


Bu məsələ hələlik uzaq perspektivdədir. Hazırda yalnız təhlillər aparılır və yaxın gələcəkdə konkret qərarın verilməsi nəzərdə tutulmur. Dünya təcrübəsi öyrənilir və mövcud yanaşmalar araşdırılır.

“Yeni Sabah” bildirir ki, bu barədə Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov metroda gedişhaqqının məsafəyə görə tətbiqi haqda danışarkən deyib.

“Diferensial ödəniş mexanizmlərinin hər birinin özünəməxsus texniki şərtləri və tələbləri mövcuddur. Hansı mexanizmə üstünlük veriləcəyi ilə bağlı danışmaq üçün hələ tezdir”, – o bildirib. Toyuqlu pizza

Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində təhlillər aparıldığını və bunun yaxın gələcəkdə tətbiqinin mümkünlüyünü açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!