Metroda problem yarandı, qatarlar tuneldə qaldı -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Metroda problem yarandı, qatarlar tuneldə qaldı - YENİLƏNDİ

Hadisə

15 Oktyabr 2025 09:01 483


"Bakı Metropoliteni"ndə problem yaranıb.

"Yeni Sabah" xəbər verir ki, nəticədə qatarların hərəkəti ləngiyir.

"Dərnəgül" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən bəzi qatarlar tunellərdə, bəziləri isə stansiyalarda gözləyir. Dominos pizza

Maşinistlər ləngimənin texniki problemlərlə bağlı olduğunu deyiblər.

***

"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov "Yeni Sabah"a bildirib ki, metroda Dərnəgül-Nizami istiqaməti xüsusi sahə sayılır: "Nizami" və "İnşaatçılar" stansiyalarının arasında xüsusi maililik var. Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir".

Metro rəsmisi əlavə edib ki, qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir: "Məsələn, bir qatar "Elmlər Akademiyası" stansiyasını tərk etməmiş digər qatar "İnşaatçılar" stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü "20 Yanvar" stansiyasındadır. İndi sərnişin axınının, sıxlığın tənzimlənməsi üçün işlər görülür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!