Metroda sərnişinlərin islanması: Səbəb araşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Metroda sərnişinlərin islanması: Səbəb araşdırıldı

Sosial

05 Fevral 2025 17:56 264


"Yaşıl xət"də 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da "Nərimanov" elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək xəttə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub. Pepperoni pizza

Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib.

İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!