Metroda tıxac yarandı

saytların hazırlanması

Evə çatdırılma

Metroda tıxac yarandı

Sosial

26 Fevral 2019 14:24 1783


Bu gün səhər saatlarından başlayaraq, “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında qatarların hərəkətində ləngimə müşahidə edilir. Hətta “Xalqlar Dostluğu” stansiyasından “İçərişəhər” istiqamətinə gedən qatar saat 08:10 radələrində 10 dəqiqəyədək platformada dayanıb. Həmin ərəfədə isə sərnişinlərin sayı durmadan artıb və platformada izdiham yaşanıb. Eyni hal digər stansiyalarda da müşahidə edilib, insanlar vaqonlara minməkdə çətinlik çəkib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib: “Nəzərinizə çatdırım ki, qatarların hər hansında texniki nasazlıq olmayıb. Sadəcə bu gün sərnişinlərin sayı həddindən çoxdur”.

B.Məmmədov bildirib ki, buna səbəb hərəkət istiqaməti dəyişdirilən avtobuslarla  bağlıdır. pizza sifarişi

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyasında dəyişiklik edib.

Modern.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!