Metrodan istifadə edənlər üçün   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR

Sosial

03 Dekabr 2023 16:58 24813


Bundan sonra metroda "Bakıkart"la yanaşı, QR biletlərdən də istifadə etmək mümkün olacaq.

Yenisabah.az xəbər verir ki, Bakı metropoliteni QR ödəniş üsulunun tətbiqinə başlayıb.

QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, ilin sonuna kimi tətbiq metronun 90% stansiyasında istifadədə olacaq. Sərnişin "Bakıkart" mobil tətbiqində QR bileti yaratmalı və turniketə yaxınlaşdırmalıdır. Bu üsulla da gedişhaqqı 40 qəpikdir. Dominos pizza

Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda bu sistem 2 stansiyada fəaliyyət göstərir. Bunlar "Xocasən" və " 8 Noyabr"dır. Digər stansiyalarda isə bəzi turniketlərdə lazımi avadanlıqlar quraşdırılıb və texniki məsələlər tamamlanmaq üzrədir.

QR bilet yalnız bir gediş üçün etibarlı olacaq. Sərnişinlər qarşılaşdıqları çətinliklərlə bağlı *4343 və ya 141 çağrı mərkəzlərinə müraciət edə bilərlər.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Рафет
    Şad xəbər oxuyanda, elə bildik gediş haqqı ucuzlaşır.
    2 years ago
  • Elçin
    Ən əsas hər ölkələrdə var aylıq və limitsiz gediş gəliş biletlər uçuz olur bəs Bakıda niyə yoxdur tələbələr və yaxud başqaları üçün bax ən əsas məsələ budur yoxsa telefondan ödəniş olaçaq bu 30-40 illərdir başqa ölkələr istifadə edilir, Bakıda hələdə yoxdur bu gerilik deməkdir
    2 years ago