Metrodan istifadə edənlərə VACİB XƏBƏR - Bu saatlarda...

saytların hazırlanması

Evə çatdırılma

Metrodan istifadə edənlərə VACİB XƏBƏR - Bu saatlarda...

Sosial

17 Sentyabr 2024 16:31 1175


Ötən gündən yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bakı metropolitenində sıxlıq özünü göstərir. 

Sərnişinlər daha çox səhər saatlarında qatarların vaxt intervalının uzun olmasından və sıxlıqdan gileylənirlər. 

Bəs problem nə ilə bağlıdır? Metropoliten bu ərəfələrdə gücləndirilmiş iş rejiminə keçə bilərmi? pizza mizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan  Bakı Metropoliteninin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bəzi stansiyalarda qatarların 4, 5, 6 dəqiqədən bir gəlməsinin səbəbini açıqlayıb.

O, bildirib ki, metropoliten artıq sentyabr ayının 1-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: 

“Biz yeni mövsümlə bağlı vaxt intervalını təqdim edəndə bu məsələni xüsusi vurğulamışdıq. Problem ondadır ki, Bakı Metropoliteninin qırmızı və yaşıl xətləri 28 May stansiyasında kəsişərək birləşir, daha sonra 28 May stansiyasından Həzi Aslanova qədər faktiki olaraq birxətli hərəkət təşkil olunur. Bizim dediyimiz vaxt intervalları 28 May- Həzi Aslanov stansiyasına aiddir. Qalan sahələrdə isə intervallar 2 dəfə çox olur. 

Bakı Metropoliteni artıq sentyabrın əvvəlindən gücləndirilmiş iş rejiminə keçib. Çünki sentyabrın 16-na qədər sərnişinlərin metroda günün saatları üzrə axın istiqamətlərini tez-tez dəyişdiyi dövr idi. 

Hazırda Bakı Metropolitenində monitorinqlər də davam edir. Günorta vaxtı hansı saatın hansı dəqiqəsində hansı stansiyada daha çox sərnişinin müşahidə olunduğu öyrənilib ona uyğun qrafik müəyyənləşəcək.

Yaşıl və qırmızı xətlər üzrə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədərdir.  Qeyd edilən vaxtlarda Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki tərtib edilməklə, ən aşağı intervallar tətbiq olunur. Bu xüsusda həmin vaxtlarda "Həzi Aslanov-28 May" istiqamətində və əksinə qatarlar arasında ən aşağı interval 2 dəqiqədir.

Qeyd edilən hərəkət sahəsində günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox təşkil edir”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!