"Çox danışmaq lazım deyil. Bu oyun bizim üçün çox vacibdir. Meydanda istəkli və aqressiv olmalıyıq".
Yenisabah.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Kiprin "Aris" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi meydana qələbə üçün çıxacaqlarını söyləyib: "Qələbə qazanmaq üçün ilk görüşdəkindən daha yaxşı olmalıyıq". pizza hut
İiyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.
Telegram kanalımız