Meyitdən orqan köçürülməsinə razılıq verən ailələrin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Meyitdən orqan köçürülməsinə razılıq verən ailələrin sayı açıqlandı

Sosial

18 Fevral 2026 15:18 243


Ötən il Azərbaycanda 12 nəfərə vəfat edən şəxsdən ailəsinin razılığı ilə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi bildirib.

Onun sözlərinə görə, ötən il ümumilikdə 65 nəfərə böyrək, 51 nəfərə isə qaraciyər transplantasiyası əməliyyatı icra olunub: Toyuqlu pizza

"Böyrək transplantasiyası icra olunan şəxslərdən ikisi, qaraciyər transplantasiyası olunanlardan isə üçü uşaq olub".

Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!