Meymunlar yenə aləmi qarışdırdı

saytların hazırlanması

Evə çatdırılma

Meymunlar yenə aləmi qarışdırdı

Maraqlı

22 Sentyabr 2021 12:12 1546


Malaziyada son günlər meymun sürüsünün küçələrə axışması şok yaşadıb.

Yenisabah.az xəbər verir ki, bu dəfə sürü bir küçüyü girov götürüb.

Saysız-hesabsız cəhdlərə baxmayaraq, bala it düz 3 gün sonra xilas edilib.  pizza sifarişi

Yerli əhali isə meymun sürüsünün ev heyvanlarını yemək üçün girov götürdüyünü bildirərək onların zərərsizləşdirilməsini tələb ediblər.

Vətəndaşların çoxsaylı israrına baxmayaraq, meymunlar hələ də küçələrdə dolaşır.

Bunu əks etdirən görüntülərdə ərazidə yaşayanlar evlərindən ərzaqların eləcə də ev heyvanlarının oğurlandığını bildiriblər.

Statistikaya görə, Malaziya hökumətinə hər il meymunlarla bağlı əhalidən orta hesabla 3800 şikayət daxil olur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!