“Mərkəzi Seçki Komissiyasını (MSK) parlament formalaşdırır”.
“Yeni Sabah” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
“Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır”, - deyə o, komissiyanın indiki tərkibinin səlahiyyət müddətinin bu il başa çatması ilə bağlı suala cavabında söyləyib. Pepperoni pizza
Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. Komissiyanın sədrinin müavini Rövzət Qasımov, katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur. (Unikal)
Telegram kanalımız