Məzunlar “Son zəng”də qəzaya düşdülər

saytların hazırlanması

Evə çatdırılma

Məzunlar “Son zəng”də qəzaya düşdülər

Kriminal

14 İyun 2019 21:54 1351


Lənkəran rayonunda "Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb.

Hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzaya səbəb taksi sürücüsünün nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər etməsi olub. Nəticədə M.F.Axundov küçəsi, ev 13 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib. Sezar pizza

Hadisə zamanı avtomobildə daha üç məktəblinin olduğu, ancaq onların xəstəxanaya müraciət etmədiyi bildirilir.

A.Həsənzadənin 5 saylı tam orta məktəbin məzunu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!