Miçelə ağır cəza

saytların hazırlanması

Evə çatdırılma

Miçelə ağır cəza

İdman

07 May 2019 12:13 928


AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Miçel Markos Maderaya ağır cəza verib.

“Yeni Sabah” AFFA-nın saytına istinadən xəbər verir ki, buna onun Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə cavab matçında (2:1) aqressiv davranışı səbəb olub. Final fitindən dərhal sonra qonaq komandanın müdafiəçisi Voislav Stankoviçə hücum çəkən Miçeli komanda yoldaşları çətinliklə sakitləşdiriblər. Epizoda yaxın olan görüşün baş hakimi İnqilab Məmmədov yarımmüdafiəçiyə birbaşa qırmızı vərəqə göstərib.

İK bu gün keçirilən iclasda futbolçunun 4 oyunluq cəzalandırılması ilə bağlı qərar qəbul edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!