"Microsoft Office" proqram təminatının populyar şriftləri - "Times New Roman", "Arial", "Verdana", "Tahoma" və "Helvetica" və s. Rusiya istifadəçiləri üçün bağlanıb.
Yenisabah.az xəbər verir ki, qadağa ABŞ-da "Microsoft"un "Monotype" törəmə şirkətindən gəlib.
Rusiya İP ünvanlarından şrift kitabxanasına daxil olmaq istəyərkən istifadəçi girişin rədd edildiyi barədə mesaj görür. Bununla belə, VPN vasitəsilə səhifə açılır. Dominos pizza
Daha əvvəl "Microsoft Office" Rusiyada satış məntəqələrinin dayandırıldığını elan etmişdi.
Ekspertlərin fikrincə, girişin rədd edilməsi Rusiya nəşriyyatlarının şriftlərdən istifadə hüququnu itirməsi demək deyil. "Monotip" mövcud müqavilələri vaxtından əvvəl ləğv edə bilər, lakin bu, şirkət üçün maliyyə itkilərinə səbəb olacaq.
Telegram kanalımız