MİDA sədrinin müavini yol polisinin üstünə maşın sürür:   10-GY-555 - Video

saytların hazırlanması

Evə çatdırılma

MİDA sədrinin müavini yol polisinin üstünə maşın sürür: 10-GY-555 - Video

Hadisə

30 Mart 2022 19:35 1823


Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur. Dominos pizza

"Yeni Sabah" bildirir ki, sözügedən hadisə ötən il noyabr ayında baş verib. Hadisənin indi gündəmə gəlməsinə isə ötən gün MİDA-nın 442 mənzili 4 saniyədə online olaraq satması haqda xəbərlər səbəb olub. Həmin mənzillərin satılması ilə bağlı şübhəli məqamların olduğu iddia edilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!