Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak etdi - Foto

İqtisadiyyat

19 May 2020 20:20 1142


Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun ikinci iclası keçirilib.  

İqtisadiyyat Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak edib.  

Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstək verilməsidir.  pizza sifarişi

İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlığının artırılması, “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib. 

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun 1-ci iclası aprelin 30-da keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!