Mikayıl Cabbarov xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov xəbərdarlıq etdi

İqtisadiyyat

14 Noyabr 2019 12:25 1510


İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsində iştirak edib. 

“Yeni Sabah” xəbər verir ki, nazir deyib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərin xalis sayında artım 44 608 vergi ödəyicisi təşkil edib: 

“Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, əlavə dəyər vergisi ödəyicilərinin sayında 32,9 faiz və ya 5941 ƏDV ödəyicisi, obyektlərin sayına gəldikdə isə, 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”. pizza sifarişi

Nazir onu da bildirib ki, bu gün qanunvericilik çərçivəsində bütün obyektlər vergiyə cəlb edilir. O qeyd edib ki, vergi sahəsində hər hansı ayrı-seçkilik yoxdur. 

“Əgər kimdəsə məlumat varsa ki, belə hal var, biz dərhal bu halların aradan qaldırılması üçün addımlar atacağıq. Çünki bu, bizim təməl prinsipimizdir”, - deyə M.Cabbarov əlavə edib. /oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!