Mikayıl Cabbarovdan qərar - İcrasına şəxsən nəzarət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarovdan qərar - İcrasına şəxsən nəzarət edəcək

İqtisadiyyat

11 Dekabr 2019 08:01 1446


İqtisadi İnkişaf Nazirliyinin (hazırkı İqtisadiyyat Nazirliyi) 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli əmrində dəyişikliklər edilib. Bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.

“Yeni Sabah”ın məlumatına görə, qərarda göstərilib ki, həmin əmrlə təsdiqlənmiş “Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması”nın 3.2-ci bəndindən “iqtisad” sözü çıxarılsın.

Həmçinin, “Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması”nın 4.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb. Sezar pizza

“Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

Bununla yanaşı “Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

Xatırladaq ki, əvvəlki əmrdə göstərilirdi ki, mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan qanunvericiliyi əsasında iqtisad məhkəmələrində baxılır

Qərar dekabrın 9-dan qüvvəyə minib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıb.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!