İtaliya kubokunun yarımfinal matçında “Milan” doğma divarlar arasında “İnter”lə qarşılaşıb. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Yenisabah.az xəbər verir ki, qarşılaşmada ilk qol Bakumo Abrahamın 47-ci dəqiqədə vurduğu qolla “Milan”dan gəlib. 67-ci dəqiqədə isə “İnter” Hakan Çalhanoğlunun uzaqdan zərbəsi ilə hesabı bərabərləşdirməyi bacarıb.
Tərəflər çox çalışsa da, oyunda başqa qol olmayıb. Yarımfinalın cavab görüşü aprelin 23-də baş tutacaq. Toyuqlu pizza
Telegram kanalımız