“Uelslə oyun son dərəcə acı oldu. Öz vurduğumuz da daxil olmaqla iki top buraxdıq. Bu çox məyusedici idi”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri “TAG24.de” saytına açıqlamasında millimizin futbolçusu Dmitri Nazarov AVRO-2002-nin seçmə mərhələsində Uelsə 2:1 hesabla məğlub olduqları oyundan danışarkən deyib. 29 yaşlı hücumçu oyun sonrası Uels millisinin kapitanı Qaret Beyllə formasını dəyişməsi haqqında da maraqlı fikirlər söyləyib:
“Hər kəs öz ölkəsinin formasını böyük qürur hissi ilə geyinir. Bu sənə əlavə güc verir. Oyun sonunda Beyl mənə yaxınlaşdı, yaxşı oynadığımızı söylədi və forma dəyişmək istəyib-istəmədiyimi soruşdu. Mən də razılıq verdim”. pizza
Telegram kanalımız