“Milli Gimnastika Arenası indiyədək oynadığım ən möhtəşəm məkandır” - Dyuro Muqoşa

saytların hazırlanması

Evə çatdırılma

“Milli Gimnastika Arenası indiyədək oynadığım ən möhtəşəm məkandır” - Dyuro Muqoşa

Minifutbol 2025

28 May 2025 22:53 8548


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Polşanı məğlub edərək (1:0) növbəti mərhələyə vəsiqə qazanan Monteneqro komandasının futbolçusu Dyuro Muqoşa yarışın keçirildiyi Milli Gimnastika Arenasını xüsusi fərqləndirib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, o, açıqlamasında təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.

"Şübhəsiz, Azərbaycan millisi dünya çempionatının favoritidir. Bu komanda çox güclüdür. Təşkilatçılıq gördüyüm ən yaxşı səviyyədədir. Milli Gimnastika Arenası indiyə qədər oynadığım ən möhtəşəm məkandır", - deyə futbolçu bildirib. pizza mizza

D.Muqoşa Polşa ilə matçı da dəyərləndirib:

"Oyun çox çətin idi. Bu indiyədək keçirdiyimiz ən yaxşı matç idi. Qələbə qazandıq, çox yorğunam, çünki güclü komandaya qarşı oynadıq. Yarışda birinci olmaq üçün əlimizdən gələni edəcəyik. Addım-addım irəliləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!