Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama

İqtisadiyyat

04 Dekabr 2019 14:48 1190


Milli Məclis spiker Oqtay Əsədovla bağlı mətbuatda yayılan məlumatları təkzib edib.  

"Yeni Sabah" bildirir ki, Parlamentdən daxil olan məlumatda deyilir:

"Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunmuşdur. Dominos pizza

Yazıda bildirilir ki, guya parlament Sədrinin “qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub”.

Parlamentin Mətbuat Xidməti qəti şəkildə bildirir ki, Milli Məclisin Sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis Sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!