“Milli mədəniyyətimiz istedadlı soydaşımızı itirdi” - Deputat 

saytların hazırlanması

Evə çatdırılma

“Milli mədəniyyətimiz istedadlı soydaşımızı itirdi” - Deputat 

Mədəniyyət

23 Mart 2023 10:17 2377


“Kütləvi İnformasiya vasitələrində ağır bir xəbər oxudum. Şəxsiyyətinə böyük hörmət bəslədiyim və dost, səmimi münasbətlərdə olduğum Azərbaycanın əməkdar mədəniyyət işçisi, istedadlı televiziya prodüsseri, rejisor Oqtay Əliyev  avtomobil qəzası nəticəsində faciəli şəkildə  dünyasını dəyişmişdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, bildirib ki, istedadlı, gözəl insan, olduqca mənalı, şirin yumoru ilə yaddaşlarımızda yaşayacaq Oqtay Əliyev artıq aramızda yoxdur:

“Əminəm ki, onun milli məddəniyyətimizə göstərdiyi xidmətlər, verdiyi töhfələr əbədi olaraq yaddaşlarda yaşaycaqdır. Dominos pizza

Çox təəssüf ki, milli mədəniyyətimiz daha bir istedadlı soydaşımızı itirdi. 

Allah rəhmət eləsin. Nur içində uyusun. Amin!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!