Milli Muğam Müsabiqəsinin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Milli Muğam Müsabiqəsinin vaxtı açıqlandı

Mədəniyyət

12 Aprel 2023 13:17 1837


Milli Muğam Müsabiqəsinə qeydiyyat başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Martın 1-dən aprelin 10-dək aparılan qeydiyyatda yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. pizza

Yarışmanın I turu - 24-25 aprel

Yarışmanın II turu - 26-27 aprel

Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək.

Yekun konsert – 30 aprel

Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!