Milli Qəhrəman polkovnik İlqar Mirzəyevə həsr olunmuş sənədli film təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəman polkovnik İlqar Mirzəyevə həsr olunmuş sənədli film təqdim olundu

Mədəniyyət

14 İyul 2022 19:58 2136


Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevə həsr olunmuş "Artilleriyanın atası" sənədli filminin təqdimat mərasimi olub.

Yenisabah.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində mədəniyyət və incəsənət nümayəndələri, Vətən Müharibəsinin iştirakçıları, qazilər, polkovnik İlqar Mirzəyevin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Təqdimat şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. pizza hut

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə polkovnik İlqar Mirzəyevin döyüş yolunun mürəkkəbliyindən danışıb.

Milli Qəhrəman İlqar Mirzəyevin döyüş yoldaşı Təbriz Kərimov isə onu məğrur və vətənpərvər biri kimi xatırladığını vurğulayıb.

Daha sonra film tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, "Artileriyanın atası" sənədli filmi Mədəniyyət Nazirliyi və Salnaməfilm kinostudiyasının ortaq layihəsidir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!