Millimiz FIFA reytinqində gerilədi

saytların hazırlanması

Evə çatdırılma

Millimiz FIFA reytinqində gerilədi

İdman

03 Aprel 2025 12:15 316


Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib.

Yenisabah.az xəbər verir ki, hazırda o, 1160 xalla 119-cu sırada qərarlaşıb.

Buna yığmanın beynəlxalq yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzması səbəb olub. pizza sifarişi

Son dünya çempionu Argentina (1886.16) birinci pillədə qərarlaşıb. Bir mövqe irəliləyən İspaniya (1854.64) ikincidir. Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa (1852.71) üçüncü sıraya düşüb. Ukrayna (1559.81) 25-ci yerdə qalıbsa, dörd pillə geriləyən İslandiya (1336.55) 74-cüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!