Millimizin baş məşqçisi dünya çempionatına getməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Millimizin baş məşqçisi dünya çempionatına getməkdən imtina etdi

İdman

18 Sentyabr 2019 12:29 1128


Azərbaycanın sərbəst güləş üzrə milli komandası dünya çempionatının keçirildiyi Qazaxıstanın paytaxtı Nur-Sultana baş məşqçisiz gəlib. 

“Yeni Sabah” xəbər verir ki, federasiyadan "Report"a verilən məlumata görə, Saypula Absaidov mundial öncəsi komandanın sükanını tərk edib. Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addımının səbəbi məlum deyil. Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin addımını şərh etmək istəməyib. 

O, hazırda dünya çempionatına kökləndiklərini bildirib. Dördpendirli pizza

Komanda Nur-Sultana köməkçi-məşqçilər Namiq Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında gəlib.

Qeyd edək ki, sərbəst güləşçilər dünya çempionatında mübarizəyə sentyabrın 19-da başlayacaqlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!