Azərbaycan milli komandasının bu gün səhər keçirilmiş məşqi zamanı müdafiəçi Rahil Məmmədov köhnə zədəsini yeniləyib.
“Yeni Sabah” AFFA-nın saytına istinadən xəbər verir ki, bu səbəbdən futbolçu komandanın həkiminin rəyinə və baş məşqçinin qərarına əsasən millinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçirəcəyi oyuna yollanan heyətdən çıxarılıb.
Telegram kanalımız