Futbol üzrə Kosta-Rika milli komandasının baş məşqçisi Qustavo Matosas istefa verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
52 yaşlı çalışdırıcının istefası barədə dediyi sözlər isə hamını təəccübləndirib: “Mən yığma komandanın baş məşqçisi olmağın bu qədər darıxdırıcı olduğunu düşünmürdüm. Burada çalışmaq sadəcə, istirahət etməkdi. Bu cür həyat mənlik deyil”. Pepperoni pizza
Qeyd edək ki, argentinalı mütəxəssis Kosta-Rika yığmasını 2018-ci ilin oktyabr ayından etibarən çalışdırırdı.
Telegram kanalımız