Millinin oyunçusu 4 matçlıq cəzalandırılıb

saytların hazırlanması

Evə çatdırılma

Millinin oyunçusu 4 matçlıq cəzalandırılıb

İdman

30 Aprel 2019 10:18 826


AFFA İntizam Komitəsi müxtəlif liqalarda təhqirlərə yol verən məşqçi və futbolçuların cəzalarını açıqlayıb. 

"Yeni Sabah" xəbər verir ki, Gənclər Liqasında "Sumqayıt"ın 2 futbolçusu - Cavidan Abbaszadə və Cəlal Cəbrayılov hakimi təhqir etdikləri üçün 4 oyunluq cəzalanıb. "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Aqil Məmmədov da oyunçuları kimi referiyə qarşı qeyri-etik ifadələr işlədib və ona 5 matçlıq cəza kəsilib. "Sumqayıt"ın daha bir üzvü Elçin Abbasov isə aqressiv davranışına görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzaya məruz qalıb. 

U-15 liqasında "Zirə"nin iki futbolçusu təhqirə yol verib. Asəf Əliyev rəqibini, onun komanda yoldaşı Murad Əliyev isə hakimi hədəf alıb. Oyunçulara müvafiq olaraq iki və üç oyunluq cəza verilib.  pizza

U-16 Qızlar Liqasında da eyni hal yaşanıb. "Fidan" komandasının futbolçusu Leyla Ağayevə "Gömrükçü" ilə görüşdə hakimi təhqir edib. Buna görə də o, iki matçlıq cəza alıb. 

Futzal çempionatlarında da analoji hal yaşanıb. EKOL-un və Azərbaycan millisinin oyunçusu Emin Kürdov "Neftçi" ilə görüşdə hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb. "Neftçi"nin futzalçısı Rüfət Balakişiyev isə hakimlər briqadasını təhqir edib və eyni cəzanı alıb. 

İkinci Liqada isə “STAR karqo”nun üzvü Səbuhi Əhmədova "Rəvan"la oyunda hakimi təhqirə görə 4 oyunluq cəza kəsilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!