Millinin sükanı arxasına keçmək üçün 3 namizəd var

saytların hazırlanması

Evə çatdırılma

Millinin sükanı arxasına keçmək üçün 3 namizəd var

İdman

29 Mart 2025 16:11 482


Braziliya Futbol Konfederasiyası (CBF) millinin baş məşqçisi vəzifəsinə əcnəbi mütəxəssis təyin etmək istəyir.

Yenisabah.az xəbər verir ki, bu vəzifəyə “Real"ın baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”ni çalışdırıcısı Xosep Qvardiola və “Əl-Hilal”da işləyən Jorje Jesus namizəddir.

CBF prezidenti Ednaldo Rodriges Ançelottinin namizədliyini dəstəkləyir. Qvardiolanın milli komandaya rəhbərlik etməyə açıq olduğu və Braziliyaya xüsusi sevgisi olduğu da vurğulanır. Toyuqlu pizza

Dorival Junior ötən gün Braziliya millisindən istefaya göndərilib. O, 2024-cü ilin yanvarından bu komandanı çalışdırırdı. Braziliya  millisi DÇ-2026-nın seçmə mərhələsində 14 oyundan sonra 21 xalla 4-cü yeri tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!