Bu gün bir çoxlarının xəyalını bəzəyən San-Fransisko şəhərində vəziyyət fotolarda əks olunan kimi deyil.
“Yeni Sabah” xarici mediaya əsasən xəbər verir ki, San-Fransisko əhalisinin sürətlə azaldığı üzə çıxıb.
Bu barədə aparılan araşdırmaya görə, San-Fransisko ABŞ-ın ən sürətlə əhali itirən şəhəridir. Əhali arasında aparılan sorğular zamanı 100 nəfərdən 50-si şəhəri tərk etmək istədiyini deyib. Dominos pizza
Bildirilir ki, bu qaçışa səbəb illərdir problem olaraq qalmaqda davam edən ev qiymətləridir. Şəhərdə qiymətlər o qədər yüksəlib ki, yerli sakinlər belə bu haldan narazıdır. Burada orta təmirli evlər 1.5 milyon dollara satılır. Evlərin yalnız 12 faizi normal qiymətə satılır və ya kirayəyə verilir.
Məlumata görə, illik gəliri 300 min dollardan aşağı olan insanlar şəhərdə hər şey baha olduğu üçün rahat yaşaya bilmirlər.


Sabrina
Telegram kanalımız