Apple bir çox köhnə model cihazlar üçün "təcili yeniləmə" paylaşıb.
Xəbərdarlıqda milyonlarla istifadəçinin foto və qeydlərinə edilən hücumlardan qorunmağa diqqət çəkilib.
Apple iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPad Air, iPad mini 2, iPad mini 3 və 6-cı nəsil iPod Touch üçün yeni təhlükəsizlik yenilənməsi hazırdır. pizza
Bu cihazların istifadəçilərindən iOS 12.5.6 yeniləməsini quraşdırmaları xahiş olunub.
Apple bildirib ki, "zərərli şəkildə hazırlanmış veb məzmunun işlənməsi ixtiyari kodun icrası ilə nəticələnə bilər".
Bu xəbərdarlıqla vurğulanıb ki, əgər istifadəçi zərərli sayta daxil olarsa, onun məlumatları oğurlana bilər.
Şirkətin həmçinin sentyabrın 7-də keçiriləcək tədbirlə yeni iPhone 14, iPad və AirPod-lar da daxil olmaqla bir sıra məhsullarını elan etməyə hazırlaşdığı bilinir.
Telegram kanalımız