Minalanmış cənnət: Laçında erməni terroru - Video

Minalanmış cənnət: Laçında erməni terroru - Video

Bölgə Saytların hazırlanması

20 Avqust 2022 20:45 2801


Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra qeyri-qanuni erməni hərbi dəstələrinin Azərbaycan ərazisindən çıxması sürətlənib. Onlar ağır texnikalarını da götürüb Azərbaycanın suveren ərazisini tərk edir. Bununla belə, erməni tərəfi özünün işğalçı adətlərinə sadiq qalaraq Kəlbəcərdə olduğu kimi, Laçında da yanğınlar törətməkdə və əraziləri minalamaqla məşğuldurlar.

Yenisabah.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, Azərbaycan tərəfi düşmənin növbəti dağıdıcı fəaliyyətinə kifayət qədər hazırlıqlı davranır.

Belə ki, ordumuz pilotsuz uçuş aparatlarının vasitəsi ilə Laçında baş verən bütün dağıdıcı fəaliyyətləri qeydə alır, həmçinin bir neçə gün əvvəl Sarıbaba yüksəkliyində yeni basdırılmış minaları aşkar edərək zərərsizləşdirib.

Ətraflı “Caliber”in növbəti videosüjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!