YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Mingəçevir Teatrında 12 “ölü can“:  “İradımı direktora bildirmişəm“

Mingəçevir Teatrında 12 “ölü can“: “İradımı direktora bildirmişəm“

Mədəniyyət

22 Sentyabr 2022 11:59 1988


Adı tez-tez qalmaqallda hallanan Mingəçevir Dövlət Dram Teatrında sular yenidən bulanıb. 

Teatrın baş rejissor Vüsal Mehrəliyevlə teatrın direktoru Anar Quliyev arasında gərginlik yaranıb. Bu barədə jurnalist İntiqam Valehoğlu öz facebook səhifəsində paylaşım edib. 

Belə ki, baş rejissor direktora ştatda 10-12 nəfər "ölü can" olduğunu bildirib və onların ştatdan çıxarıb yerinə peşəkar aktyorların dəvət olunmasını tələb edib. Anar Quliyev isə baş rejissora Mədəniyyət naziri Anar Kərimovun və nazirliyin rəhbər heyətnin bundan xəbərdar olduğunu və şəxsən nazir Anar Kərimovun icazə verdiyini  bildirib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev bu məlumatın şişirdildiyini bildirib: “Teatrda ştat problemini bütün mətbuat bilir və aktyor ştatı təmizlənməldir. Bununla bağlı iradımı direktora bildirmişəm. Və teatrın direktoru ilə heç bir problemim yoxdu. Sadəcə, ştatın yenilənməsini və yeni aktyorların dəvət olmasını tələb etmişəm. Direktorla aramda olan söhbətin mətbuata ötürülməsindən xəbərim yoxdur”. 

Turan Etibaroğlu 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!