Mingəçevirdə 70 yaşlı qadın meyiti aşkarlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. pizza
Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədova Tükəzban Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Telegram kanalımız