Mingəçevirdə güclü külək bir sıra fəsadlar yaratdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə güclü külək bir sıra fəsadlar yaratdı - Foto

Hadisə

10 Oktyabr 2025 23:00 519


Mingəçevirdə güclü külək bir sıra fəsadlar yaradıb. Küləyin təsirindən kökündən qopan ağaclar yollara, parklara və elektrik xətlərinin üzərinə aşıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, küləyin fəsadları Heydər Əliyev prospekti, Mingəçevir "kənd"i kimi tanınan ərazidə, Nizami parkında və digər ərazilərdə daha çox nəzərə çarpıb.

İri gövdəli ağacların aşması piyada və avtomobillərin hərəkətinə çətinliklər yaradıb, əhalini işıqsız qoyub. pizza mizza

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları mərhələli şəkildə fəsadları aradan qaldırıblar.

Qeyd edək ki, bu anlarda belə Mingəçevirdə güclü külək əsməkdə davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!